Menyu

"Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq yaranıb

Operativ Media
"Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq yaranıb
1 dəq oxu

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Operativ Media-ya bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Əlaqəli Xəbərlər