Menyu

Duman günün ikinci yarısından çəkiləcək

Operativ Media
Duman günün ikinci yarısından çəkiləcək
1 dəq oxu

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

Əlaqəli Xəbərlər