Restoranlar telefonların şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Ayşən Sadıxzadə
Son zamanlar bəzi restoran və ictimai iaşə obyektlərində telefona enerji doldurmaq üçün təqdim edilən poverbank xidmətinə görə müştərilərdən əlavə ödəniş tələb olunur.
Operativ Media xəbər verir ki, qiymətlər 2 manat ilə 15 manat arasında qədər dəyişir.
Problem ondadır ki, bir çox hallarda bu xidmətin ödənişli olması ilə bağlı menyuda heç bir məlumat yerləşdirilmir.