Menyu

"Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb

Operativ Media
"Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb

"Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.


Əlaqəli Xəbərlər