Bakıda qohumunun evindən 9 min manat oğurlayan şəxs tutulub
Operativ Media
Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.