Yevlax və Şəkidə açıq ərazidə yanğın baş verib - YENİLƏNİB
Şəkidə dağlıq ərazidə yanğın başlayıb.
Operativ Media xəbər verir ki, axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Əldə edilən məlumata əsasən yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.
21:28
Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.