Menyu

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək

Operativ Media
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək

9–10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbir təşkil olunacaq.

Operativ Media-ya bu barədə Azərbaycan Banklar Assosiasiyasından məlumat veilib.

Sammit, regonal və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksək səviyyəli platforma kimi nəzərdə tutulub. Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.

Sammitin Qlobal Tərəfdaşı VISA şirkətidir.

Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunacaq. Tədbirin hədəfləri regional əməkdaşlığın möhkəmləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı), beynəlxalq tərəfdaşlıqların təşviqi və ortaq maliyyə baxışının formalaşdırılmasıdır.

Tədbir çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparacaqlar:

Regional inteqrasiya və beynəlxalq əməkdaşlıq

Bankçılıqda rəqəmsal transformasiya

Ödəniş və hesablaşma sistemləri

Açıq bankçılıq və API ekosistemləri

Süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma

Kiber təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması

Komplayens, ÇPY və TM qarşısının alınması (AML/CFT)

Alternativ bankçılıq (islam maliyyəsi daxil olmaqla)

Dayanıqlı və yaşıl maliyyə

İnvestisiya imkanları

İnsan kapitalı, bacarıqlar və maliyyə savadlığı

Sammit, bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutları bir araya gətirəcək.

Əlaqəli Xəbərlər