Menyu

Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlanıb

Operativ Media
Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlanıb

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobilin vurması nəticəsində xəsarət alan Fövqəladə Hallar Nazirliyinin əməkdaşının vəziyyəti açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumat verilib.

Bildirilib ki, Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

"1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

Əlaqəli Xəbərlər