Menyu

Milli Məclis “İmprotex Motors”la bağlanan müqavilə barədə açıqlama yayıb

Operativ Media
Milli Məclis “İmprotex Motors”la bağlanan müqavilə barədə açıqlama yayıb

Son günlər bir sıra xəbər saytlarında Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair 2 milyon 282 min 605 manat dəyərində müqavilə bağlandığına dair məlumat yayılıb.

Operativ Media xəbər verir ki, Milli Məclis məsələ ilə bağlı açıqlama yayıb.

"Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir" - məlumatda qeyd olunur.

Əlaqəli Xəbərlər