Menyu

Ramana qəsəbəsindən "Koroğlu"ya yeni marşrut xətti istifadəyə verilib

Operativ Media
Ramana qəsəbəsindən "Koroğlu"ya yeni marşrut xətti istifadəyə verilib
1 dəq oxu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.

Operativ Media xəbər verir ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə "214A" nömrəli marşrut xətti istifadəyə verilib. 

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.

Əlaqəli Xəbərlər