Menyu

Gəncədə 3 yaşlı uşaq xəstəxanada ölüb

Operativ Media
Gəncədə 3 yaşlı uşaq xəstəxanada ölüb

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

Qeyd edilib ki, bu gün saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı oğlan uşağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Əlaqəli Xəbərlər