Menyu

Əmlak Məsələləri Dövlət Xidməti ötən il 3 milyona yaxın elektron xidmət göstərib

Operativ Media
Əmlak Məsələləri Dövlət Xidməti ötən il 3 milyona yaxın elektron xidmət göstərib

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2,6 milyondan çox elektron xidmət göstərilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmət ötən il daha 4 xidmətini elektronlaşdırıb. Hazırda 39 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm "Elektron hökumət" portalı (www.e-gov.az), həm də nazirliyin elektron xidmətlər portalı (https://e-services.economy.gov.az/services) üzərindən təqdim olunur.

Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.

Dövlət Xidməti innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir.

Əlaqəli Xəbərlər