Menyu

Alıcılar ən çox nədə aldadılır? - VİDEO

Ayşən Sadıxzadə
Alıcılar ən çox nədə aldadılır? - VİDEO

Alış-veriş zamanı aldanmaq artıq bir çox istehlakçının qarşılaşdığı adi bir problemə çevrilib. Xüsusilə onlayn alış-verişdə məhsulun fərqli gəlməsi, endirim adı altında qiymət oyunları, vitrin və kassadakı qiymət fərqləri ən çox rast gəlinən hallardır. 

Operativ Media xəbər verir ki, məsələ ilə bağlı XəzərXəbər-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb.

Onun sözlərinə görə, bəzi sahələrdə istehlakçıların məlumatsızlığı və diqqətsizliyindən sui-istifadə olunur:

"Son 8 ildə ən çox hüquqların pozulduğu sahələr texniki avadanlıqlar – mobil telefonlar, paltar yuma maşınları, kompüterlər, həmçinin ərzaq məhsullarıdır. Kasada qiymətlərin vitrinlə fərqli olması və almadıqları mal üçün ödəniş tələb olunması da geniş yayılıb. Bir il ərzində bu cür hallardan Azərbaycan istehlakçıları təxminən 50 min manat itirirlər".

Marketoloq Marat Namazov isə bildirib ki, əksər hallarda aldatma bilərəkdən deyil, işçi məsuliyyətsizliyindən irəli gəlir:

"Bununla belə, saxta endirim kampaniyaları, avtomobil və tikinti sektorunda yanlış məlumatlandırma, gözəllik mərkəzlərində ödənişsiz xidmət adı ilə gizli ödənişlər tez-tez baş verir. Xüsusilə sosial şəbəkələr üzərindən online alış-verişlərdə aldanma halları çoxdur; Black Friday dövrlərində qiymət manipulyasiyaları geniş yayılıb".

Ətraflı XəzərXəbər-in sujetində:

Əlaqəli Xəbərlər