Menyu

Bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Operativ Media
Bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Bakı şəhərində bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Operativ Media xəbər verir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əlaqəli Xəbərlər