Menyu

Şəkidə yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

Operativ Media
Şəkidə yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

Şəkidə yaşayış binası yanıb.

Operativ Media xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə prospektində yerləşən beşmərtəbəli binada qeydə alınıb.

Tural İsmayılova məxsus üçotaqlı mənzildə baş verən yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Binada yaşayan 10 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

21:08

Şəkidə yaşayış binasında yanğın olub.

Operativ Media xəbər verir ki, yanğın Şəki şəhər M.Ə.Rəsulzadə küçəsində, İsmayılov Tural Mais oğluna məxsus mənzildə baş verib.

Əraziyə Şəki rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 40 m² olan evin bir otağının bütün yanar konustruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər