Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi anılıb
Operativ Media
Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Operativ Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.
Spiker təklif edib ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.