Menyu

Bakı metrosunda qatarda texniki nasazlıq yaranıb - YENİLƏNİB 2

Operativ Media
Bakı metrosunda qatarda texniki nasazlıq yaranıb - YENİLƏNİB 2

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

Bu barədə Operativ Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

***

12:12

Bildirilib ki, yubanmalar yoxdur.Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.

"Bakı Metropoliten" QSC-dən Operativ Media-ya verilən məlumata görə, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

***

11:46

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliten" QSC məlumat yayıb.

Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

"Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik". - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər