Menyu

Zabrat qəsəbəsində su xəttindəki qəza aradan qaldırılıb

Operativ Media
Zabrat qəsəbəsində su xəttindəki qəza aradan qaldırılıb

Bakının Sabunçu rayonu, Zabrat qəbəsindəki su xəttində qeydə alınmış qəza aradan qaldırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

Bəzi ərazilərdə əhali tərəfindən primitiv üsulla çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər