Yevlaxda kafedə yanğın olub - YENİLƏNİB
Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Hadisə zamanı kafenin sahibi Ruslan adlı şəxs xəsarət alıb.
Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.
Faktla bağlı araşdırma aparılır.
19:48
Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.
Bu barədə Operativ Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.