Menyu

Azad edilmiş ərazilərdə 6 min hektar torpaq icarəyə verilib

Operativ Media
Azad edilmiş ərazilərdə 6 min hektar torpaq icarəyə verilib

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 5 930 hektar torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən 4 müraciət daxil olub.

Operativ Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki dövrlərdə daxil olmuş işlər nəzərə alınmaqla 2691,66 ha torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib.

Bundan başqa, ötən il işğaldan azad edilmiş ərazilərdə yerləşən torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 252 müraciət daxil olub. Əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla 5 540 hektar torpaq sahəsi üzrə 209 müraciətə müsbət rəy verilib.

Əlaqəli Xəbərlər