Menyu

Daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Operativ Media
Daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində məlumat yayıb.

"2026-cı ildəki ilk qrup - Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar", - o yazıb.

Səfirin sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib. Qusev həmrəylik və dəstəyə görə Azərbaycana bir daha təşəkkür edib.

Əlaqəli Xəbərlər