BMT-nin Azərbaycandakı nümayəndəliyi Xocalı faciəsi ilə bağlı paylaşım edib
Operativ Media
BMT-nin Azərbaycandakı nümayəndəliyi Xocalı faciəsi ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, paylaşımda deyilir: "Biz 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hörmətlə anırıq. Bu cür faciələrin bir daha təkrarlanmaması üçün hər bir səy göstərilməlidir. Dayanıqlı sülhə yalnız dialoq və barışıq vasitəsilə nail olmaq mümkündür”.