Menyu

Gülşən Rzayeva: WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyinə verdiyi töhfənin nəticəsidir

Operativ Media
Gülşən Rzayeva: WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyinə verdiyi töhfənin nəticəsidir

Azərbaycanda şəhərsalma sahəsində mühüm yeniliklərə start verilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə ciddi addımlar atılıb, çoxsaylı layihələr icra olunub və yeni təşəbbüslər həyata keçirilib. Bütün bunlar ölkəmizin strateji baxışının və dayanıqlı inkişaf prioritetlərinin təzahürüdür.

Operativ Media xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında WUF13-ün Milli Koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva deyib.

O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli”ndə WUF13-ün ölkəmizdə keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfənin və artan beynəlxalq rolunun məntiqi nəticəsidir.

“Bu gün şəhərlər iqlim dəyişikliyi və sürətli urbanizasiya fonunda ciddi çağırışlarla üz-üzədir və geniş müzakirələrə ehtiyac var. Forum çərçivəsində qlobal səviyyədə şəhərsalma siyasəti, praktik həll yolları və iqlim dəyişikliklərinin təsiri ətraflı şəkildə müzakirə olunacaq. Urbanizasiyanın sürətlə gücləndiyi bir dövrdə mənzil təminatı məsələsi xüsusi əhəmiyyət kəsb edir. BMT-nin statistikasına əsasən, dünyada 3 milyard insan mənzil təminatında çətinliklərlə üzləşir. WUF13 məhz bu kimi vacib və aktual məsələlərə həsr olunacaq. Eyni zamanda, biz də ölkəmizin model ola biləcək təcrübələrini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı əldə edəcəyik”,- deyə G.Rzayeva bildirib.

Əlaqəli Xəbərlər