Menyu

Bakı-Qazax yolunda yük avtomobili yoldan çıxaraq aşıb - VİDEO

Operativ Media
Bakı-Qazax yolunda yük avtomobili yoldan çıxaraq aşıb - VİDEO

Dünən, saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb və sonradan yoldan çıxaraq aşıb.

DYP-dən Operativ Media-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.

 Unutmayaq, yolda məsuliyyət təkcə özümüzün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər