Menyu

İqtisadi Şuranın növbəti iclası keçirilib

Operativ Media
İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası baş tutub.

Operativ Media-ya bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Fevralın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda bir sıra mühüm məsələlər gündəliyə gətirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamında nəzərdə tutulan tapşırıqlara uyğun olaraq "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və onun əsas hədəfləri geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihəsi də müzakirə mövzuları sırasında yer alıb. Bundan başqa, 2025-ci il ərzində iqtisadi artımın əsas hərəkətverici amilləri, müxtəlif fəaliyyət sahələrindəki mövcud durum, həmçinin ilin yekunlarına görə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət prioritetləri, eləcə də digər cari məsələlər əhatəli şəkildə müzakirə olunub.

Gündəlikdəki məsələlər barəsində Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, həmçinin Mərkəzi Bankın sədri Taleh Kazımov məruzələrlə çıxış ediblər. İclasda təqdim edilən mövzularla bağlı İqtisadi Şuranın üzvləri öz rəy və təkliflərini bölüşüblər.

İclasın sonunda "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsi və digər müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Əlaqəli Xəbərlər