Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara səbəb olub.
Operativ Media xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik təsərrüfatında nasazlıqlar yaranıb, bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.
Güclü külək rayonda bir çox irigövdəli ağacların aşmasına da səbəb olub.
Biləsuvar şəhərində ağaclardan birinin yaşayış evinin üzərinə düşməsi nəticəsində mənzilin dam örtüyünə ziyan dəyib.
Hazırda müvafiq qurumlar tərəfindən yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.