Əbu-Dabidən Bakıya hərəkət edən aviareys geri qayıdır
Operativ Media
Air Arabia Abu Dhabi” aviaşirkətinə məxsus Əbu-Dabi–Bakı marşrutu üzrə həyata keçirilən ADY 730 nömrəli reys hava məkanının bağlanması ilə əlaqədar olaraq hava gəmisinin kapitanı tərəfindən geri dönmə qərarı qəbul edilib.
Operativ Media xəbər verir ki, qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır.
Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.