Bu gün Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Operativ Media
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.