Martın 7-si qısa iş günü olacaq
Operativ Media
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinəndən Operativ Media-ya verilən məlumata görə, bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü həftənin bazar gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsi ilə çalışan işçilər üçün 6 mart tarixində iş gününün bir saat qısaldılması tətbiq edilmir.
Altıgünlük iş həftəsi ilə çalışan işçilər üçün isə 7 mart tarixi bayram günündən bilavasitə əvvəlki iş günü hesab edildiyinə görə, həmin günün iş vaxtı bir saat qısaldılır.