Menyu

Yetkinlik yaşına çatmayan məhkumların ali təhsil alması üçün mexanizmin hazırlanması təklif edilir

Operativ Media
Yetkinlik yaşına çatmayan məhkumların ali təhsil alması üçün mexanizmin hazırlanması təklif edilir

Yetkinlik yaşına çatmayan məhkumların ali təhsil alması üçün mexanizmin hazırlanması təklif edilir.

Operativ Media xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən çıxış edib.

Onun sözlərinə görə, xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, yetkinlik yaşına çatmayan, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin işlənib hazırlanması həmin şəxslərin təhsil hüququnun təmini baxımından olduqca əhəmiyyətlidir.

S.Əliyeva həmçinin əlavə edib ki, ötən il Ombudsman tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm qaydada, habelə daxil olmuş müraciətlər əsasında başçəkmələr davam etdirilmiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə səlahiyyətli dövlət qurumlarına müvafiq təklif və tövsiyələr ünvanlanıb.

Əlaqəli Xəbərlər