Menyu

Metro ilə fevralda 17 milyondan çox sərnişin daşınıb

Operativ Media
Metro ilə fevralda 17 milyondan çox sərnişin daşınıb
1 dəq oxu

Bakı Metropoliteni fevral ayı üzrə sərnişindaşıma statistikasını açıqlayıb.

Operativ Media "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında metrodan ümumilikdə 17 milyon 642 min 798 nəfər istifadə edib.

Ayın ən sıx günü 18 fevral 2026-cı il olub. Həmin tarixdə metropoliten vasitəsilə 818 min 376 sərnişin daşınıb.

Ən sakit gün isə 22 fevral 2026-cı il qeydə alınıb. Həmin tarixdə isə metrodan istifadə edənlərin sayı 390 min 507 nəfər təşkil edib.


Əlaqəli Xəbərlər