Menyu

AZAL endirim kampaniyasına start verib

Operativ Media
AZAL endirim kampaniyasına start verib

AZAL Miles yaz mövsümünün gəlişi münasibətilə xüsusi kampaniyaya start verib.

Operativ Media xəbər verir ki, kampaniya çərçivəsində millərlə aviabilet alan sərnişinlərə 30 faiz endirim təklif olunur.

Məlumata görə, satış tarixləri 2–6 mart, uçuş tarixləri isə 2 mart–30 sentyabr 2026-cı il aralığını əhatə edir.

18–31 mart, 22–31 may və 22–29 sentyabr tarixləri istisna olmaqla, endirim müntəzəm beynəlxalq uçuşlarda Ekonom, Premium Ekonom və Biznes sinif tariflərinə şamil edilir. Vergi və yığımlar kampaniyaya daxil deyil.

Qeyd olunur ki, təklif tranzit, kod-şer, çarter və ölkədaxili reyslərə tətbiq edilmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər