Ölkəmizdə keçiriləcək IV Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli olub!
“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək.
Operativ Media xəbər verir ki, artıq ənənə halını alan bu zirvə son üç il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan peşəkarlar üçün bilik mübadiləsi və aktual mövzuların müzakirə olunduğu önəmli platformaya çevrilib.
“Bahalı səhvlər” konsepti əsasında keçirilən bu tədbir maliyyə, əmək münasibətləri və vergi sahəsində yol verilən kritik yanlışlıqları daha dərindən analiz etməyi hədəfləyir. Zirvə çərçivəsində bu səhvlərin yaranma səbəbləri, şirkətlər üçün doğurduğu hüquqi və maliyyə nəticələr, eləcə də onların qarşısının alınması üçün effektiv yanaşmalar ekspertlərin baxışları və real biznes təcrübələri əsasında ətraflı şəkildə müzakirə olunacaq.
Tədbir “Unibank”ın sponsorluğu və “SİMA”nın rəqəmsallaşma üzrə sponsorluğu ilə keçirilir.
Birinci panel “Maliyyə riskləri və uçot” mövzusuna həsr olunacaq və maliyyə qərarlarında risklərin rolu, uçotun düzgün qurulması məsələləri müzakirə ediləcək.
Panelin moderator və spikerləri:
Moderator – Niyazi Abbasov – PASHA Real Estate Daxili Audit və Nəzarət üzrə Qrup Direktoru
Spiker: Elşən Rəhimov - “Barattson” Təlim Mərkəzi İdarə Heyətinin sədri
Spiker – Rauf Rzayev – RNN Advisor MMC-nin direktoru, Azərişıq ASC Audit Komitəsinin rəhbəri
Spiker – İbadət Binyətov – Azfin Audit MMC direktor-auditoru, Auditorlar Palatası üzvü, sərbəst auditor
Spiker – Tutu Əfəndizadə – PAŞA Malls Baş Maliyyə Meneceri
“Əmək münasibətlərində uçot riskləri” olan ikinci panelin moderatoru “Hucap Consulting” şirkətinin təsisçsi və direktoru Dəyanət Ağayev, spikeri isə müəllif, mühasibat uçotu, vergi və daxili audit üzrə ekspert Anar Bayramov olacaq.
Üçüncü panel isə “Vergi riskləri” mövzusunu əhatə edərək vergi sahəsində qarşıya çıxan risklər və onların qabaqlanması yollarına fokuslanacaq.
Panelin moderator və spikerləri:
Moderator: Tural Abbasov - Vergi qanunvericiliyi üzrə təlimçi, vergi eksperti
Spiker: Anar Cabbarov - Vergi siyasəti baş idarəsinin vergi
qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi
Spiker: Emil Rəhimov - İnzibati şikayətlər baş idarəsinin rəis əvəzləyicisi
Spiker: Samir Qəhrəmanov - Bəyannamələr və kameral vergi
yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini
Spiker: Ziyafət Qarayeva - Advocaid” MMC Həmtəsisçi
Spiker: Xəyal Feyzullayev - DİFA Consulting Services MMC Direktor
Qeyd edək ki, ölkəmizdə dördüncü dəfə keçirilən bu zirvə vergi və mühasibatlıq peşəkarlarını bir araya gətirən əvəzsiz platformadır. Tədbir iştirakçılara bilik və təcrübə qazandırmaqla yanaşı, risklərin vaxtında və düzgün idarə olunmasının vacibliyini də göstərir.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
//www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true