Menyu

Ev almaq istəyənlərin nəzərinə - “Qiymətlər durmadan artır” - VİDEO

Operativ Media
Ev almaq istəyənlərin nəzərinə - “Qiymətlər durmadan artır” - VİDEO

"Son 5 ilin statistikasına əsasən mənzil alanların böyük əksəriyyəti bunu kredit, xüsusilə ipoteka vasitəsilə həyata keçirir. Nağd şəkildə ev almaq əvvəlki illərlə müqayisədə xeyli çətinləşib və bu da ipoteka kreditlərinə marağı artırır".

Operativ Media xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev bildirib.

Ekspert qeyd edib ki, son illər əmlak bazarında qiymətlər ciddi şəkildə yüksəlib. Əvvəllər 100-120 min manata almaq mümkün olan iki və ya üçotaqlı mənzillər hazırda 150 min manatdan başlayaraq 250 min manatadək təklif olunur. Köhnə tikililərdə belə qiymətlər 120-160 min manat civarındadır.

Qiymət artımı xüsusilə Bakı və ətraf ərazilərdə daha qabarıq hiss olunur. Mərkəzə yaxın ərazilərdə mənzillər daha bahadır. Günəşli, Zığ, Hövsan kimi nisbətən kənar ərazilərdə ipoteka ilə ev almaq daha mümkün görünsə də, burada da əvvəlki illərlə müqayisədə qiymətlər artıb.

Bundan əlavə, söküntü işləri də bazara təsir göstərir. Sökülən binaların sakinləri aldıqları kompensasiya ilə yenidən bazara daxil olur və bu da tələbatı artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Ev almaqla bağlı əsas sual isə gözləmək, yoxsa indi almaqdır. Ekspert vurğulayır ki, uzun müddət pul yığmaq da risklidir. Çünki bu müddətdə bazarda qiymətlər artarsa, yığılan vəsait əvvəlki alıcılıq gücünü itirə bilər. Buna görə qərar verərkən həm şəxsi maliyyə imkanları, həm də bazar şərtləri diqqətlə qiymətləndirilməlidir.

Ətraflı:

Əlaqəli Xəbərlər