Menyu

Azərbaycan Uşaq Fondu bəyanat yayıb

Operativ Media
Azərbaycan Uşaq Fondu bəyanat yayıb

Bir neçə gün əvvəl İranda məktəblilərin hədəf alınmasını qətiyyətlə pisləmişdik. Bu gün isə İranda hakim olan molla rejiminin Azərbaycanda məktəb ətrafını təhlükə altına qoyması ciddi narahatlıq doğurur.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Fondu bəyanat yayıb.

Məlumata görə, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Şükürlər olsun ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

"Uşaqların və təhsil müəssisələrinin təhlükəsizliyi BMT-nin Uşaq Hüquqları Konvensiyası və beynəlxalq humanitar hüququn əsas prinsipləri ilə qorunur. Uşaqlar və məktəblər hərbi təhlükənin hədəfi olmamalıdır.

Uşaqları hədəf almaq yalnız ağır bir günah deyil, eyni zamanda heç bir dövlətə, heç bir cəmiyyətə yaraşmayan bir hərəkətdir.

Uşaqlar toxunulmazdır". - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər