Menyu

Bağırov körpüsünün tunelində yuma işləri aparılacaq

Operativ Media
Bağırov körpüsünün tunelində yuma işləri aparılacaq

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bağırov körpüsünün tunel hissəsində (Koroğlu metro stansiyası istiqamətində) təmizlik işləri aparılacaq.

Operativ Media xəbər verir ki, tuneldə şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.

Bu səbəbdən martın 7-si saat 08:00-dan martın 8-i saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər