Lənkəranda avtomobil hasara çırpılıb
Operativ Media
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəza rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Heydərov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb.
Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net