Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib - YENİLƏNİB
Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib.
Operativ Media xəbər verir ki, bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib və bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.
13:01
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Operativ Media xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.