Menyu

İşıqfor işləmirsə, sürücü nə etməlidir? - AÇIQLAMA

Ayşən Sadıxzadə
İşıqfor işləmirsə, sürücü nə etməlidir? - AÇIQLAMA

İşıqforların işləməməsi yol hərəkəti iştirakçıları üçün müəyyən çətinliklər yarada bilər. Belə hallarda sürücülərin hansı qaydalara əməl etməli olduqları və hərəkət üstünlüyünün necə müəyyənləşdirildiyi isə tez-tez maraq doğuran məsələlərdəndir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Operativ Media-ya danışıb.

Onun sözlərinə görə, işıqfor işləmədiyi halda sürücülər ilk növbədə həmin ərazidə quraşdırılmış yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidirlər. Əgər kəsişmədə üstünlük nişanları mövcuddursa, hərəkət həmin nişanlara əsasən tənzimlənir:

"İşıqfor işləmədikdə və kəsişmədə hərəkəti tənzimləyən nişanlar olmadıqda isə yol hərəkəti qaydalarına uyğun olaraq sürücülər sağdan gələn nəqliyyat vasitələrinə yol verməlidirlər.

Belə hallarda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Yol Patrul Xidmətinin əməkdaşları da əraziyə cəlb olunur. Onlar kəsişmədə müvəqqəti olaraq hərəkəti tənzimləyərək sürücülərə istiqamət verirlər".

Əlaqəli Xəbərlər