Menyu

Ağsuda dələduzluq edən şəxs saxlanılıb

Operativ Media
Ağsuda dələduzluq edən şəxs saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər