Menyu

Bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

Operativ Media
Bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

Operativ Media xəbər verir ki, AZAL-ın Maskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qaytarılıb.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.

Əlaqəli Xəbərlər