Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk
Operativ Media
Mən xüsusilə Azərbaycanın Avropa İttifaqı vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardım göstərməyini yüksək qiymətləndirirəm.
Operativ Media xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Bu gün regionda çox çətin bir geosiyasi vəziyyətin cərəyan etdiyini bildirən Antonio Koşta Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəylik ifadə etdiyini vurğulayıb.