Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq
Operativ Media
“Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunacaq WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal səviyyədə strateji prioritet kimi müzakirəsinə yeni imkanlar yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə bildirib.
Anar Quliyev qeyd edib ki, şəhərlər və yerli idarəetmə orqanları urbanizasiya ilə bağlı problemlərin həllində əsas rol oynayır və Forum müzakirələrinin mərkəzində məhz bu qurumlar dayanacaq.