Menyu

Azərbaycanda 11 günlük bayram tətili başlayır

Operativ Media
Azərbaycanda 11 günlük bayram tətili başlayır

Bu həftənin cümə günündən etibarən Azərbaycanda 11 günlük bayram tətili başlayır.

Operativ Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

● Bayramlardan sonra ilk iş günü nə vaxtdır?

● 19 mart qısaldılmış iş günüdür?

● 31 mart iş günüdür?

21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən 25 və 26 mart da qeyri-iş günü olacaq.

Martın 20-si və 21-i Ramazan bayramına təsadüf edir. Bayram günü digər qeyri-iş gününə düşdükdə növbəti iş günü istirahət günü kimi hesab olunur. Bu səbəbdən 27 və 30 mart da qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləridir.


Əlaqəli Xəbərlər