Bayramlardan sonra ilk iş günü nə vaxtdır?
Xəbər verdiyimiz kimi, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Operativ Media xəbər verir ki, 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyinə görə, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.
Martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasn növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Bununla da, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Operativ Media-ya verilən məlumata görə, 5 günlük iş həftəsi ilə işləyənlər üçün 31 mart tarixinədək ümumilikdə 11 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 28 mart tarixinədək ümumilikdə 8 gün qeyri-iş günü olacaqdır.
Beləliklə, 5 günlük iş həftəsi ilə işləyənlər üçün martın 31-i, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə mart 28-i bayramdan sonra ilk iş günü olacaq.