26 Mart 2023, 23:58
Qurban Qurbanov: "Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir"
Qurban Qurbanov: "Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir" şəkil
Qurban Qurbanov: "Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir"

Oyundan çox razı qaldım və baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da artırır və bizə böyük təcrübə verir. “Qalatasaray”a uğurlar arzulayıram. Çox yaxşı komandadırvə və çempionatda liderdir.

"Operativ Media" xəbər verir ki, bunu “Qalatasaray” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan və Türkiyə çempionatlarının birgə keçirilməsini istərdim. Bu oyun çox gözəl başlanğıc oldu. Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar olduqca hər kəsin futbola sevgisi daha da böyüyür. Bu cür matçların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türk xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

Son xəbərlər
Paşinyan Gürcüstanda səfərdədir
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”