27 Mart 2023, 00:15
Okan Buruk: "Qarabağ"ın oyununu bəyəndim, yaxşı baş məşqçiyə sahibidirlər "
Okan Buruk: "Qarabağ"ın oyununu bəyəndim, yaxşı baş məşqçiyə sahibidirlər " şəkil
Okan Buruk: "Qarabağ"ın oyununu bəyəndim, yaxşı baş məşqçiyə sahibidirlər "

Qarabağ” çox yaxşı komandadır. Xeyli sayda futbolçusu millidə oynayır. Bizim də bir neçə oyunçumuz milliyə dəvət olunub.

"Operativ Media" xəbər verir ki, bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qeyd edib ki, bu matçda özünü ön plana çıxaran çox oyunçu oldu. “Qarabağ”ın oyununu bəyəndim. Yaxşı baş məşqçiyə sahibdirlər. "Qarabağ"dan əlavə digər klublarda da çıxış edən futbolçular heyətə cəlb olunmuşdu. Çox yaxşı oynadılar. Yaxşı konsentrasiya olmuşdular. Avrokubok matçı oynayırmış kimi çıxış etdilər. Biz eyni kosnentrasiyasını yaşaya bilmədik.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

Son xəbərlər
Qəbələdə beşmərtəbəli yaşayış binasında yanğın olub
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir