Menyu

Prezident İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

Əziz Əzizli
Prezident İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

Bu gün Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası 2:1 hesabıyla qalib gəlib.

“Qalatasaray”ın prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər