İngiltərənin ən böyük futbol komandalarından biri olan "Çelsi" Premyer Liqa tarixində bir ilkə imza ataraq "Stamford Bridge" stadionunda iftar proqramına ev sahibliyi edib.
"Operativ Media" xəbər verir ki, "Çelsi"nin stadionunda təşkil edilən bu tədbir bir ilkə səbəb olub. Belə ki, i İngiltərə Premyer Liqa komandasının stadionunda ilk dəfə iftar verilib.
Tədbirdə "Çelsi" Fondunun prezidenti Saymon Taylor, "Çelsi"nin ilk qaradərili futbolçusu Pol Kanovil və İdarə Heyətindən "Çelsi"nin Lordu Daniel Finkelşteyn də iştirak edib.