27 Mart 2023, 16:16
Millinin 3 futbolçusu 23-lükdən kənarda qaldı
Millinin 3 futbolçusu 23-lükdən kənarda qaldı şəkil
Millinin 3 futbolçusu 23-lükdən kənarda qaldı

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gecə səfərdə İsveç yığmasının qonağı olacaq.

"Operativ Media" UEFA-nın saytına istinadən xəbər verir ki, hər iki komandanın iştirak ərizəsi müəyyənləşib. Millimizin baş məşqçisi Canni De Byazi 23 nəfərlik heyətə "Sabah"ın futbolçuları Tellur Mütəllimovla Ceyhun Nuriyevin adını daxil etməyib. Avstriya ilə oyunda zədələnən Eddi İsrafilovun da adı siyahıda yoxdur.

Avstriya ilə matçda heyətdən kənarda qalan "Zirə"nin hücumçusu Rüstəm Əhmədzadə ilə "Neftçi"nin müdafiəçisi Azər Salahlı isə bu görüş üçün sifariş olunub.

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması bu gecə Bakı vaxtilə saat 22:45-də "Frends Arena"da baş tutacaq.

Son xəbərlər
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün Azərbaycanda 13 mindən çox ağac əkilib
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcək
Qar uçqununa düşən hərbçilərin nəşləri tapılıb
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48